2025-ci il yanvarın 13-də ticarət zamanı Bitkoinin qiyməti 18 noyabr 2024-cü ildən bəri ilk dəfə 90 min dollardan aşağı düşüb.
İqtisadiyyat.az xəbər verir ki, bunu "Binance" kriptovalyuta birjasının məlumatları göstərib.
Kriptovalyutanın dəyəri ilk olaraq 89 min 919 dollara (-5,21%) düşüb.
5 dekabr 2024-cü ildə "Bitcoin"in qiyməti 100 min dolları ötmüşdü. Dekabrın 30-da valyuta 93 min dollara qədər ucuzlaşmışdı.