Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Birinci rübdə 13 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 150 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.