Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən artıq insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib.

Bu barədə İqtisadiyyat.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən artıq molekulyar-genetik ekspertizaları təyin olunaraq icraya yönəldilib. Eləcə də şahidlər dindirilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.