Bir sıra dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın komissiya iclasında bildirib.

R.Qasımov bildirib ki, 62 saylı Kürdəmir Dairə Deçki Komissiyasının sədri Əbülfət Mikayılov dünyasını dəyişib.

Bundan başqa, 58 saylı Xaçmazkənd seçki dairəsi Dairə Seçki Komissiyasının sədri Zöhrab Səfərov MSK-ya müraciət edərək dairə seçki komissiyasının üzvlüyündən azad edilməsini xahiş edib. 

Həmçinin 108 Ağstafa seçki dairəsinin üzvü Eynulla Eyyubov Dairə Seçki Komissiyasının üzvlüyündən azad edilməsini xahiş edib. 

Məsələ səsə qoyularaq qəbul edilib.

Elçin Mehdiyev