“Flydubai”, “Air Arabia” və “Jazeera Airways” aviaşirkətləri Qazaxıstandakı vəziyyətlə əlaqədar olaraq Almatı şəhərinə planlaşdırılan reysləri ləğv ediblər.

“Emirates” jurnalistlərin şirkətin hazırda nə planlaşdırması ilə bağlı sorğusuna cavab verməyib.

  • Qeyd edək ki, AZAL da Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edib. Bildirilib ki, Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Bundan əlavə, Rusiyanın “Aeroflot” şirkəti Moskva-Almatı reysini ləğv edib.

Xatırladaq ki, yanvarın 5-i etirazçılar Almatı şəhər hava limanına daxil olsalar da, bir müddət sonra ərazini tərk ediblər. Beynəlxalq hava limanının Mətbuat xidməti isə insident səbəbindən aeroportun öz işini dayandırdığını elan etmişdi.