Çin oktyabrda “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlığa dair 3-cü sammit keçirəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.

"Pekində 3-cü "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Sammiti baş tutacaq. Sammit bu ilin oktabr ayında keçiriləcək. Bu, təşəbbüs çərçivəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma olacaq", - Çin XİN bildirib.

Qeyd edək ki, 2017-ci ilin may ayında Pekində Avrasiya, Afrika və Latın Amerikasının 30 ölkəsinin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə 1-ci "Bir kəmər, bir yol" Forumu keçirilib. 2-ci forum 2019-cu ilin aprelində baş tutub.