Almaniyanın biotexnologiya şirkəti "BioNTech" 2026-cı ilə qədər ilk xərçəng peyvəndini lisenziyalaşdırmağı və bazara çıxarmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, dəri, uşaqlıq yolu, prostat və ağciyər xərçəngi də daxil olmaqla ümumilikdə 30 xərçəng növü üzrə klinik sınaqlar davam edir. Tədqiqatların bəziləri son dərəcə uğurlu olub və peyvənd hazırlanır.

Qeyd edək ki, "BioNTech" əvvəllər COVID-19-a qarşı peyvənd hazırlayan ilk şirkətlərdən biri olub.

Bildirilib ki, şirkətin qarşısına 2030-cu ilə qədər xərçəng müalicəsi üzrə geniş portfel yaratmaq məqsədi qoyulub.

 

Gözəl Həşimova