Bakıda oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, Binəqədi rayonu ərazisində yerləşən müəssisələrdən birinin həyətindən 8000 manat dəyərində dəmir lövhələrin oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.