İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev məlumat verib.

Onun sözlərinə görə, yanğınsöndürənlər tərəfindən baş vermiş yağın hadisəsinin digər ərazilərə keçməsinin qarşısı alınıb: “Ərazidə təxminən 650 kvadratmetr sahə yanıb, digər sahə mühafizə olunub. Eyni zamanda 4 vətəndaşa məxsus avtomobil yanıb. Yanğının ilkinin səbəblərinin araşdırılması istiqamətdə iş aparılır. Bizə yanğın zamanı hər hansı vətəndaşın xəsarət alması ilə bağlı məlumat daxil olmayıb”.