Ən böyük kriptovalyuta birjalarından olan “Binance” dollarla depozit qoyuluşunu dayandırmağa qərar verib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki,  bununla bağlı "Binance"in ABŞ bölməsi açıqlama verib.

Şirkət müştərilərinə göndərdiyi məktubda vurğulayıb ki, ümumilikdə vəsaitlərin qoyulması və çıxarılması prosesi davam etdiriləcək. 

Dollarla depozit qoyuluşuna qadağa qoyulması isə sadəcə proaktiv addımdır.