Bu barədə İqtisadiyyat.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, ötən il itmiş şirkətə məxsus tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyətinə dair lisenziya və əlavəsi tapılıb.

Ötən ilin sentyabrından indiyədək sözügedən sənədlər itdiyi üçün etibarsız sayılıb.

Xatırladaq ki, EL-460/2023 qeydiyyat nömrəli lisenziya və EL-460/2023/1 qeydiyyat nömrəli lisenziya əlavəsi 2023-cü ilin iyunun 13-də şirkətə verilib.

Qeyd edək ki, “Bilgə Qrup” QSC 2018-ci ildə yaradılıb. Şirkət bir neçə istiqamətdə fəaliyyət göstərir. Maddi-texniki təchizat, İT və telekommunikasiya, müxtəlif tibbi və məişət avadanlıqlarının təchizatı, həmçinin biznes əmlakının icarəsi xidmətlərini həyata keçirir. Şirkətin qanuni təmsilçisi İsmayılov Elvin Sahib oğludur. Reyestrə daxil edilmiş məlumatlarda 2021-ci ilin mayın 25-dək isə QSC-nin qanuni təmsilçisi Nigar Şahhüseynbəyova Faiq qızı olub.