Biləsuvar rayonu ərazisində "TIR" yanıb.
İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Astara magistralının 118-ci kilometrində, Biləsuvar rayonu ərazisində baş verib.
Hərəkətdə olan ağır tonnajlı yük maşını anidən yanmağa başlayıb.
Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub. Avtomobilin söndürülməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.