İqtisadiyyat.az xəbər verir ki, təmir işləri şəhərin bir neçə küçəsində və dalanlarında aparılacaq.

Belə ki, təmir işlərinin Məhəmməd Füzuli, Nazim Hikmət, Hacı Zeynalabdin Tağıyev, Şahmurad Əlizadə, Müslüm Maqamayev, Hüseyn Dəmirli, Məmməd Hüseyn Şəhriyar, Süleyman Rəhimov, Ziya Bünyadov, İltimas Baxşıyev, Vidadi Nəsirov, Seymur Abdullayev, Cəmil Behbudov və Murad Məmmədov küçələrində, eləcə də Heydər Əliyev, Baba Xammədov, İqbal Astanlı, Nəsimi, Mübariz İbrahimov, Həzi Aslanov və İlyas Əfəndiyev küçələrinin dalanlarında həyata keçirilməsi nəzərdə tutulub.

Biləsuvar RİH sözügedən küçə və dalanlarda təmir işlərinin 572 048,24 manata başa gələcəyini ehtimal edir.