İqtisadiyyat.az xəbər verir ki, kənd sakini, 44 yaşlı Ramin Bəşirov əmisi oğlu Cavid Bəşirovla birlikdə mal-qaranı evə qaytarmağa gedərkən yağışa düşüblər.

Bu zaman güclü ildırım Ramin Bəşirovu vurub və onu yaxınlıqdakı su arxına atıb. İldırımın təsiri əmisi oğlu Cavid Bəşirova da dəyib.

"Oğlum mal-qaranı asfaltdan keçirəndə birdən-birə ildırım vurub. Qolunu, ayağını yandırıb, özünü də qaldırıb çırpıb yerə" , - deyə zərərçəkənin atası Habil Bəşirov bildirib.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralıya zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

Ətraflı Baku TV-nin süjetində: