İqtisadiyyat.az xəbər verir ki, icra hakimiyyətinin təşkil etdiyi ənənəvi iftar süfrəsinin dəyəri 22 faizdən çox artıb.
Belə ki, rayon icra hakimiyyəti ötən il iftar məclisinin təşkilini fiziki şəxs Mahir Vəkil oğlu Şahbazova həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, RİH-in ötən il iftar süfrəsinə cəmi 5 929,5 manat xərci çıxıb.
Bu il isə iftar süfrəsinin təşkili fiziki şəxs Eldəniz Mirzəhüseyn oğlu Hüseynova həvalə olunub və onunla müqavilə bağlanılıb. Müqaviləyə əsasən, icra hakimiyyətinin bu il üçün iftar süfrəsinin xərci 7 248,5 manat müəyyənləşib.
Beləliklə, ötən illə müqayisədə builki iftar süfrəsi Biləsuvar Rayon İcra Hakimiyyətinə 1 319 manat (22 faiz) artıq başa gəlir.