"Amazon.com"un rəhbəri və təsisçisi Ceff Bezos şirkətin səhmlərini 2,7 milyard dollara satıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qiymətli Kağızlar və Birja Komissiyası məlumat yayıb.
Qeyd edək ki, Ceff Bezos ötən cümə və bazar ertəsi öz şirkətinin 1,2 milyard dollarlıq səhmlərini satıb.
Noyabrın əvvəlindən Bezos, "Amazon"un səhmlərini cəmi 2,7 milyard dollara satıb. Artıq iş adamının 22 milyona yaxın səhmi satılıb.
İlin əvvəlindən "Amazon"un kapitallaşması 37,5% artaraq 2,17 trilyon dollara çatıb.
Gözəl Həşimova