Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün saat 17:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Qrız, Quba, Laza (Qusar), Şəki, Xaltan, Qax, Göygöl, Şahdağ, Biləsuvarda arabir yağış yağıb.

Bəzi yerlərdə leysan xarakterli olub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan Muxtar Respublikasında 27, Aran rayonlarında 27, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.