Dekabrın 2-i saat 14:30-a olan məlumata əsasən, bəzi yerlərdə yağış yağıb, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağışın miqdarı Qusar-Ləzədə 45 mm, Qubada 24 mm (aylıq normanın 36 %-i), Qusarda 24 mm (aylıq normanın 66 %-i), Qrızda 24 mm (aylıq normanın 110 %-i), Qəbələdə 20 mm (aylıq normanın 36 %-i), Xınalıqda 18 mm (aylıq normanın 49 %-i), Şamaxıda 15 mm (aylıq normanın 31 %-i), İsmayıllıda 14 mm (aylıq normanın 29 %-i), Xaltanda 13 mm (aylıq normanın 60 %-i), Nabranda 12 mm, Oğuzda 11 mm, Altıağac, Kürdəmirdə 9 mm (aylıq normanın 34 %-i), Naftalanda 9 mm, Kişçay (Şəki), Yevlaxda 8 mm (aylıq normanın 49 %-i), Siyəzən, Şabranda 7 mm (aylıq normanın 29 %-i), Göyçay, Ağsu, Ağdərədə (Ordubad) 6 mm, Göygöl, Ağstafa, Sarıbaş (Qax), Şəki, Mingəçevir, Daşkəsəndə 5 mm, Lerik, Ağdam, Şahbuzda 4 mm, Astara, Şərurda 3 mm, Qobustan, Sədərəkdə 2 mm, Beyləqan, İmişli, Zaqatala, Naxçıvan, Şəmkir, Sabirabad, Biləsuvarda 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qusar-Ləzə, Qrızda 30 sm, Xınalıqda 25 sm, Xaltanda 10 sm, Altıağacda 7 sm, Qusarda 4 sm, Ağdərədə (Ordubad) 2 sm, Quba, Daşkəsəndə 1 sm olub.

Qərb küləyi arabir Tərtər, Naftalanda 30 m/s, Gəncə, Ağdamda 28 m/s, Mingəçevirdə 27 m/s, Tovuz, Bərdədə 26 m/s, Daşkəsəndə 25 m/s, Şəmkirdə 22 m/s, Ağstafa, Kəlvəz, Zərdab, Neftçala, Qrız, Astara, Ceyrançöldə 20 m/s, Yevlaxda 19 m/s, Yardımlı, Gədəbəy, Şahbuzda 18 m/s, Göyçay, Naxçıvanda 16 m/s, Bakıda 28 m/s, Neft daşlarında 22 m/s, Pirallahı, Çilov adasında 20 m/s, Maştağa, Binədə 19 m/s, Qum adası, Ələtdə 18 m/s, Sumqayıtda 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, Naxçıvan MR-da 2-5 dərəcə isti olub.