İyulun 18-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən İqtisadiyyat.az-a verilən xəbərə görə, iyulun 18-i saat 9:00-a olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb

Düşən yağıntının miqdarı Şəmkirdə 6 mm, Gədəbəydə 4 mm, Göygöl, Zaqatala, Şəki, Balakən, Gəncə, Tərtərdə 2 mm-dək olub.
İyulun 17-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da və Aran rayonlarında 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti olub.