“Presight G42” şirkətinin və SOCAR "Azəriqaz” İstehsalat Birliyinin birgə layihəsi olan smart qaz şəbəkəsinin və intellektual infrastrukturun, smart rəqəmsal İOT və Aİ platformaların, LoraWan şəbəkəsinin və “smart-ötürücü” qurğuların tətbiqi məqsədilə Sumqayıt şəhərinin “Yaşma bağları” ərazisində pilot layihə həyata keçirilir.

“Azəriqaz”dan İqtisadiyyat.az-a verilən məlumata görə, pilot layihə əsasında qeyd olunmuş ərazi üzrə qaz istehlakçılarının mövcud sayğacları yenisi ilə əvəz olunması və “smart-ötürücü”lərin quraşdırılması planlaşdırılır.
 
Məlumata görə, istehlakçıların məlumatlandırılması məqsədilə layihə barədə qeydiyyatda olan abonentlərə SMS bildiriş də göndərilib.