MAQATE-nin verdiyi bəyanatda prezident Qrossinin MAQATE Baş Assambleyasının açılış nitqi paylaşılıb.

İqtisadiyyat.az xəbər verir ki, Prezident Qrossi çıxışında mayın 30-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) etdiyi təqdimatda Zaporojye Atom Elektrik Stansiyasının mühafizəsi ilə bağlı gündəmə gətirdiyi 5 əsas prinsipi xatırladıb.

Qrossi AES-in hərbi əməliyyatların hədəfi olmamasının, xüsusilə də reaktorlara, işçi heyətinə və yanacaq çənlərinə hücum edilməməsi lazım olduğunu vurğulayıb.

Atom elektrik stansiyasının yerləşdiyi obyektdə ağır silahların olmaması lazım olduğuna diqqət çəkən Qrossi, hərbi personalın sözügedən silahları obyektin xaricindəki elementlərə qarşı istifadə etməməsinin vacibliyinə diqqət çəkib.

Atom elektrik stansiyasının bütün mümkün hücum və təxribatlardan qorunmalı olduğunu vurğulayan Qrossi Ukrayna və Rusiya administrasiyalarını sözügedən 5 maddə ilə xəbərdar etdiyini və bu prinsiplərə əməl etməyin hər kəsin xeyrinə olduğunu qeyd edib.

Zaporojyadakı Agentliyin müfəttişlərinin tərəflərin sözügedən 5 prinsipə əməl edib-etmədiyini ona bildirəcəyini ifadə edən Qrossi, bu məsələ ilə bağlı əldə etdiyi məlumatları ictimaiyyətlə bölüşəcəyini bildirib.

"Bu prinsiplər zəruridir, çünki son aylarda artan hərbi əməliyyatlar səbəbindən Zaporojya AES-də risk daha çox artıb. Münaqişə başlayandan bəri stansiyanın xarici enerji təchizatı yeddi dəfə kəsilib və bu həyati əhəmiyyət daşıyan enerjinin qorunmasının təcili ehtiyacına işarə edir.”, - Qrossi bildirib.