İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1 nəfər qadının dağıntı altında qaldığı müəyyən olunub.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş  1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.