Düşmən tərəfindən atılan raketlər Bərdədə mülki obyektlərə ciddi ziyan vurub.

Düşmən tərəfindən Bərdəyə iki reaktiv raket atılıb:

“Raketlərdən biri Bərdədə yerləşən “Qədim Bərdə” adlanan restorana, digəri isə restorandan 5-10 metr aralıqda yerləşən mülki yaşayış evinin həyətinə düşüb. Restoran binası yararsız vəziyyətə düşüb. 

Eyni zamanda mülki vətəndaşlara aid iki avtomobili tamamilə yanaraq məhv olub. Göründüyü kimi mülki obyektlərə ciddi ziyan dəyib”.oxu.az