2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ümumi 137 072,61 ton həcmində benzin (101 079 130 dollar dəyərində) idxal edib.

Ümumi idxal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,7 faiz artıb.

Belə ki, bu dövr ərzində 129 392,18 ton həcmində, 96 297 020 dollar dəyərində “Aİ-95” premium markalı benzin idxal edilib. Bir ton “Aİ-95” markalı benzinin gömrük dəyəri 744,22 dollar təşkil edib. Bu isə ötən ilin müvafiq dövründə idxal edilən “Aİ-95” markalı benzinin bir ton üçün gömrük dəyərindən 25,9 faiz çoxdur.

Bu dövrdə ölkəyə 2 684,79 ton həcmində və 2 395 070 dollar dəyərində “Aİ-98” markalı benzin idxal edilib. Bir ton üçün məhsulun gömrük dəyəri 892,08 dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə idxal edilən bir ton “Aİ-98” markalı benzinin gömrük dəyərindən 12,7 faiz çoxdur.

Bu rəqəmlər onu göstərir ki, Azərbaycanın idxal etdiyi “Aİ-95” premium ilə “Aİ-98” super markalı benzinin xarici dövlətdən alış dəyəri oktyabr ayı ərzində də artıb. 

Eləcə də, bu dövrdə 4 995,64 ton həcmində 2 387 040 dollar dəyərində oktanı 95-dən az olan benzin idxalı baş tutub. Bu məhsulun bir ton üçün gömrük dəyəri 477,8 dollar təşkil edib.

Əlavə edək ki, Azərbaycan 2021-ci ilin müvafiq dövründə benzin tədarükünü aşağıda qeyd edilən ölkələrdən həyata keçirib:

Oktan dəyəri 95-dən az olan benzin

Gürcüstan - 4 995,64 ton (2 387 040 dollar dəyərində)

“Aİ-95” markalı benzin

Rusiya - 49 916,27 ton (34 485 690 dollar dəyərində)

Türkmənistan - 6925,54 ton (5 233 770 dollar dəyərində)

Gürcüstan - 559,32 ton (399 150 dollar dəyərində)

İran - 4 471,04 ton (2 967 470 dollar dəyərində)

Rumıniya - 49 604,67 ton (38 244 950 dollar dəyərində)

Kipr - 4995,48 ton (4 191 460 dollar dəyərində)

Türkiyə - 7978,54 (6 653 170 dollar dəyərində)

Yunanıstan - 4931,32 ton (4 121 350 dollar dəyərində)

“Aİ-98” markalı benzin

Belarus - 237,45 ton (196 460 dollar dəyərində)

Litva - 1020,77 ton (1 031 850 dollar dəyərində)

Rumıniya - 1 325,74 ton (1 076 430 dollar dəyərində)

Yunanıstan - 100,83 ton (90 330 dollar dəyərində)oxu.az