Böyük Britaniyanın avtomobil istehsalçısı olan “Bentley” elektrik avtomobilinin buraxılışını 2026-cı ilə qədər təxirə salıb, bunu şirkətin baş direktoru Adrian Hallmark deyib.

Avtomobilin buraxılışının təxirə salınmasının səbəbləri göstərilmir. Hallmark qeyd edib ki, 2025-ci ildə avtomobilin pre-istehsal prototipi statusunda nümayişi keçiriləcək.

Bundan əvvəl avtomobil istehsalçısı 2025-ci ilə qədər hibrid və ya tam elektrik stansiyası ilə ilk avtomobilini təqdim etmək niyyətində olduğunu açıqlamışdı.

“Bentley” – “Audi”, “Bugatti”, “Lamborghini”, “Porsche”, “Skoda” və başqaları daxil olmaqla on iki markadan ibarət “Volkswagen AG” qrupunun bir hissəsidir.