Belçikada şirkətlərin üçdə biri işçi heyətinin cəlb olunmasında süni intellektə üstünlük verirlər.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı "Manpower" İnsan Resursları şirkəti tərəfindən araşdırma aparılıb. 

Araşdırmaya görə, Belçikanın 100 şirkətindən təxminən 30-u yeni işçiləri süni intellekt vasitəsilə işə götürür. Bu nisbətin tezliklə 50 faizə çatacağı gözlənilir.

Müsahibədə iştirak edən 510 işəgötürənin 10 faizi işə qəbul zamanı süni intellektdən istifadə etdiklərini qeyd ediblər.  Şirkətlərin 18 faizi isə 12 ay ərzində süni intellekt tətbiqinə keçəcəklərini bildirib.

İşəgötürənlərin yalnız 15 faizi süni intellektin işə qəbula mənfi təsir edəcəyini düşünür.

Gülşən Şərif