Belçika hökuməti Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya verilən silahların Rusiyaya qarşı hücumlarda istifadə edilməsinə qarşı çıxır və onların yalnız özünümüdafiə məqsədilə istifadə oluna biləcəyini bildirir.

Belçikanın Ukraynaya göndərdiyi “FN Herstal” şirkətinin istehsal etdiyi “FN Scar” tipli avtomatik silahların Rusiyadakı hökumət əleyhinə qrupların Rusiya ordusuna qarşı hücumlarında istifadə edildiyini göstərən video görüntülər Belçikada müzakirə mövzusu olub.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksandr de Kroo qatıldığı televiziya proqramında danışıb:

"Bizim həm Belçika istehsalı olan, həm də digər Avropa ölkələrinin silahları ilə bağlı çox sərt qaydalarımız var. Biz ukraynalılardan vəziyyətə aydınlıq gətirmələrini xahiş etdik".

Bu həftə sonu Washington Post tərəfindən yayımlanan görüntülərdə hökumət əleyhinə olan "Rusiya Azadlıq Legionu" və "Rusiya Könüllü Qoşunları" Ukraynadan sərhədin o biri tərəfindəki Beloqroda hücum edərkən, Qərb, o cümlədən Belçika istehsalı olan FN Scar silahdan istifadə edib.

Belçika rəsmiləri bəyan ediblər ki, Ukraynaya göndərilən silahlarla bağlı göndəriş və çatdırılma sənədlərində bu materialların yalnız Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin işğalına qarşı öz ərazilərini müdafiə etmək üçün istifadə oluna biləcəyi barədə dəqiq məzmunlar var.