Belçika enerji şirkəti Engie ilə daha əvvəl dayandırılması planlaşdırılan 2 nüvə reaktorunun işləmə müddətinin 10 il uzadılması barədə razılığa gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Alexander De Croo açıqlama yayıb. 

O bildiriib ki, Engie ilə Belçika hökuməti arasında "Doel 4" və "Tihange 3" nüvə reaktorlarının istismar müddətlərinin uzadılması barədə razılıq əldə olunub və şərtlər dəqiqləşdirilib.

De Croo bildirib ki, saziş elektrik enerjisi təchizatını gücləndirəcək, ölkənin xarici enerjidən asılılığını azaldacaq, aşağı karbonlu və ucuz elektrik enerjisi istehsalına zəmanət verəcək.

Engie şirkəti mövzu ilə bağlı açıqlamasında bildirib: "Bu razılaşma riskləri tərəflər arasında balanslaşdırılmış şəkildə bölüşdürmək və bütün nüvə tullantıları ilə bağlı qeyri-müəyyənlikləri aradan qaldırmaq məqsədi daşıyır".