Avropa İttifaqı (Aİ) Şurasının sədri kimi Belçika icma sammitində Aİ liderlərini İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Belçikanın baş naziri Aleksandr De Kro Aİ sammitinə gələrkən deyib. 

"Belçika Aİ Şurasının sədri kimi Aİ-ni İrana qarşı yeni sanksiyalara çağıracaq. Eyni zamanda, regionda yeni eskalasiyanın qarşısını almaq üçün son dərəcə diqqətli olmalıyıq", - De Kro bildirib.