Belarusda koronavirusa son sutkada daha 861 yoluxma faktı qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belarusun Səhiyyə Nazirliyi yayıb.
Son sutkada ölkədə koronavirusdan daha 5 nəfər ölüb.
Belarusda yoluxanların ümumi sayı 45 116-ya, ölənlərin sayı isə 248-ə çatıb.