Belarusda son sutkada daha 3 nəfər koronavirusdan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belarusun Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada daha 447 nəfər infeksiyaya yoluxub və bununla da ölkədə koronavirus daşıyıcılarının sayı 3 728-ə çatıb. 

Hazırda Belarusda koronavirus qurbanlarının sayı isə 36 nəfərdir.

Bundan başqa, indiyədək 203 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.