Minsk “Dinamo”su avrokuboklarda qrup mərhələsinin ev oyunlarını Azərbaycanda keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Belarus 5” telekanalı məlumat yayıb.

Hazırda Avropa Liqasının pley-offunda iştirak edən Belarus təmsilçisi Belçika “Anderlext”inə qalib gəlsə, bu turnirin, məğlub olsa, Konfrans Liqasının qrupunda çıxış edəcək.

Bildirilib ki, “Dinamo” rəqiblərini Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qəbul edəcək. Artıq Azərbaycan tərəfi ilə bütün detallar razılaşdırılıb.

Qeyd edək ki, UEFA Belarus komandalarının ev oyunlarını öz ölkələrində keçirmələrini qadağan edib. Ötən mövsüm bu komanda təsnifat mərhələsində rəqiblərini ölkəmizdə qəbul etmişdi