2025-ci ildə Belarus ixracını 5,4% artıraraq 52 milyard dollara çatdırmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Roman Qolovçenko hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, xarici ticarət balansı ÜDM-in 0,5%-i səviyyəsində müsbət proqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, xarici bazarların inkişafı ilə bağlı proqnozlar valyuta gəlirlərini 2,8 milyard dollar artırmağa imkan verir.

Qeyd edək ki, 2023-cü ilin sonunda Belarusun xarici ticarət dövriyyəsi 95,3 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova