İqtisadiyyat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 381.11-ci (Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulması) maddəsi ilə ittiham irəli sürülüb. 

İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılacaq.  

381.11-ci maddəyə əsasən, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.