Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin sabiq dekanı Yalçın Əlizadə vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, professor uzun sürən xəstəlikdən sonra 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Yalçın Mustafa oğlu Əlizadə 1940-cı ildə dünyaya gəlib.

O, uzun müddət Jurnalistika fakültəsinə rəhbərlik edib.

Allah rəhmət eləsin!