İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, mühafizə xidməti cari il üçün tədris və inzibati binaların, eləcə də ərazilərin mühafizəsini təşkil edəcək.

BDU mühafizənin təşkilini "Gesco" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, BDU-nun bu il üçün mühafizəsi 923.232 manata başa gələcək.

Xidmətin tərkibi 69 nəfərdən ibarətdir. Buraya Xidmət rəisi, onun müavini, eləcə də 5 nəfərdən ibarət növbə rəisi, 6 nəfərdən ibarət dəyişdirici-patrul və 56 nəfərdən ibarət mühafizəçilər daxildir.