Bakı Dövlət Universitetinin (BDU) əsas tədris binasında bəzi otaqların əsaslı təmiri işləri aparılacaq.
İqtisadiyyat.az xəbər verir ki, ali təhsil müəssisəsi bununla bağlı hazırlıqlara başlayıb.
BDU təmir işlərini "Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt İç ve Diş Ticaret Anonim Şirketi"nin Azərbaycandakı Filialına həvalə edib.
Təmir işləri ilə əlaqədar şirkətlə universitet arasında 600 min manatlıq müqavilə bağlanılıb.
Qeyd edək ki, BDU-da mütəmadi olaraq təmir işləri aparılır. Son bir neçə ildə universitetdə ardıcıl olaraq aparılan təmir işlərinə milyonlarla manat vəsait ayrılıb.