Bayram günlərində (20.03.2024-26.03.2024) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 19 müraciət daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, onlardan 10-u dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 2-si etannoldan zəhərlənmiş şəxs olub, 1 nəfər isə allergik reaksiya səbəbindən zəhərlənib.

Müraciət edənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Həmin şəxslər arasında ölüm faktı qeydə alınmayıb.