“Qalatasaray” 2021-ci ildə “Renn”dən heyətinə qatdığı 23 yaşlı fransalı sağ cinah müdafiəçisi Saşa Boeyi son transferdə 30+5 milyon avroya “Bayern”ə satıb.

"Bayern"ə transfer olunduqdan dərhal sonra zədə alan gənc futbolçunun qayıtma tarixi hələ məlum deyil. Alman nəhəngində hələ də keyfiyyətini nümayiş etdirmək imkanı olmayan Boey üçün yeni iddia irəli sürülüb.

İqtisadiyyat.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Bayern" 2 matçda 109 dəqiqə meydana çıxa bilən 23 yaşlı futbolçunu mövsümün sonunda əlindən çıxaracaq.

"Milan" Saşa Boeyi icarəyə götürmək istəyir.Xəbərin təfərrüatlarında A Seriyasının köklü klublarından olan "Milan"ın Saşa Boey ilə maraqlandığı və zədələr səbəbiylə yaşıl meydanlardan uzaqda qalan fransalı futbolçunun transferi üçün işlərə başladığı bildirilib.