ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskiyə Vaşinqtonun tezliklə Kiyevə yeni hərbi yardım paketi təqdim edəcəyinə söz verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddən məlum olur ki, Bayden və Zelenski arasında telefon danışığı bazar ertəsi baş tutub:

"Prezident Bayden bildirib ki, Senat əlavə milli təhlükəsizlik maliyyəsini təsdiqlədikdən və Bayden qanunu imzalayandan sonra, onun administrasiyası Ukraynanın döyüş meydanında və hava hücumundan müdafiə sahəsində ehtiyaclarını ödəmək üçün tez bir zamanda kütləvi yeni hərbi yardım paketi təqdim edəcək".