ABŞ Prezidenti Co Bayden Ukraynaya 5 dəfə kasset bombalarının tədarükünü reallaşdırıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə 2024-cü ildə Cenevrədə yerləşən "Kasetli Sursatlara Qarşı Koalisiya" (CMC) təşkilatının rəsmi saytında yayımlanan hesabatda qeyd olunur.
Mətnə əsasən, 2023-cü ilin iyulundan 2024-cü ilin aprel ayına qədər Prezident Bayden Rusiya ilə müharibədə istifadə üçün ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinə kasset bombası göndərilməsinə beş dəfə icazə verib.
Sənəddə bildirilir ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə göndərilən kasetli sursatların miqdarını və ya partlamamış döyüş sursatlarının konkret növləri və sayını açıqlamayıb.