"Ukrayna şübhəsiz NATO-ya daxil olacaq, lakin onun daxil olması məsələsinə Rusiya ilə müharibədə qalib gəldikdən sonra baxılacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlardan sonra deyib.

Onun sözlərinə görə, Ukraynanın alyansa inteqrasiyası ilə bağlı söhbət indi aktual deyil, çünki bütün diqqət münaqişənin həllinə yönəlməlidir.

Noyabrın sonunda NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, alyansın bütün üzvləri Ukraynanın alyansa qoşulmasına razıdır.

 

Gözəl Həşimova