ABŞ prezidenti Co Bayden 28 il əvvəl dünyasını dəyişən keçmiş prezident Fransua Mitteranla hazırkı Fransa prezidenti Emmanuel Makronu səhv salıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti bu barədə Las-Veqasda seçki kompaniyasında çıxışı zamanı deyib.

Makronla xatirəsindən danışarkən səhvə yol verən Bayden 1996-cı ildə dünyasını dəyişən Mitterandla Makronu səhv salıb: “Almaniyadan olan Mitterand, üzr istəyirəm Makron, mənə baxıb dedi: “Nə vaxtdır buradasan?”

Ağ Ev Baydenin bu səhvini “Makron” olaraq düzəldərək dərc edib.