ABŞ prezidenti Co Bayden Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaların müddətini bir il uzadıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.

Qeyd edilib ki, söhbət Rusiya Federasiyasına qarşı 21 fevral 2022-ci il, 20 sentyabr 2018-ci ildə Donald Trampın əvvəlki administrasiyası və martın 6-da ABŞ-nin 44-cü prezidenti Barak Obama administrasiyası tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən gedir. Sənəddə qeyd edildiyi kimi, Bayden bütün bu sanksiyaların "6 mart 2024-cü ildən sonra qüvvədə qalması" qənaətinə gəlib.

Bayden brifinqdə deyib: "Bu icra sərəncamlarında göstərilən hərəkətlər və siyasətlər ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhlükə yaratmağa davam edir. Buna görə də mən 13660 saylı Sərəncamla elan edilmiş fövqəladə vəziyyətin müddətini bir il müddətinə uzadıram".