ABŞ prezidenti Co Bayden Vaşinqtonun Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Ağ Ev"in saytında dərc olunmuş bəyanatda deyilir.

Məlumata görə, bu qərar Ukrayna müharibəsi və Aleksey Navalnının ölümü ilə bağlıdır.

“Bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, o cümlədən Rusiyanın maliyyə sektorunu, müdafiə sənayesi bazasını, təchizat şəbəkələrini və bir sıra qitələrdə sanksiyalardan yayınanları hədəf alacaq”, - bəyanatda deyilir.

 

Gözəl Həşimova