ABŞ Prezidenti Co Bayden Böyük Britaniya Baş naziri Rişi Sunakı Vaşinqtona dəvət edib.

Bu barədə Böyük Britaniya Baş nazirinin Ofisinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Prezident Bayden və Baş nazir Sunak AUKUS-un iclası çərçivəsində görüş zamanı Böyük Britaniya və ABŞ arasında güclü, davamlı iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini müzakirə ediblər. Prezident Bayden söhbəti davam etdirmək üçün Baş naziri iyun ayında Vaşinqtona səfərə dəvət edib.

Sunak isə Prezident Baydeni apreldə "Good Friday" sazişinin 25-ci ildönümünü qeyd etmək üçün Şimali İrlandiyaya dəvət edib.