ABŞ prezidenti Co Bayden Ağ Evin dərc etdiyi dövlət başçısının cədvəlinə əsasən prezident seçkilərində vaxtından əvvəl səs verəcək.
İqtisadiyyat.az bu barədə "İnterfakc"a istinadən xəbər verir.
Məlumata görə, bu gün səhər saatlarında Bayden seçkilər üçün erkən səs verəcək.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Bayden seçkidə iştirakdan imtina edib. Əvəzində vitse-prezident Kamala Harris Demokratların namizədi olub. Respublikaçılar Partiyasının namizədi isə keçmiş prezident Donald Trampdır.
Gözəl Həşimova