ABŞ prezidenti Co Bayden Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərərək, Vaşinqton və İrəvanın təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcəyinə əminliyini bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Birləşmiş Ştatlar, xanım ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Administratoru Samanta Pauerin sizinlə ətraflı müzakirə edəcəyi son yaşananlar fonunda yaranan "humanitar ehtiyacları" həll etmək üçün hökumətinizlə işləməyə sadiqdir. Biz həmçinin, enerji diversifikasiyası, davamlılıq və təhlükəsizlik sahələrində əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik. Bunu bizim son hərbi təlimlərimiz də sübut edir”, - deyə Bayden bildirib.

ABŞ prezidenti erməni tərəfini əmin edib ki, Birləşmiş Ştatlar ölkədə demokratiyanın möhkəmləndirilməsi və regionda sabitliyin bərqərar olması səylərində Ermənistanı dəstəkləməkdə davam edəcək. Qeyd olunub ki, Amerika hökuməti Ermənistanın suverenlik, müstəqillik və ərazi bütövlüyünü təmin edən ləyaqətli və davamlı regional sülhə nail olmaq istəklərini dəstəkləyəcək.