ABŞ Prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makronla Avropa ölkəsinin başçısının Çinə səfərini müzakirə edib.

İqtisadiyyat.az xəbər verirk ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukraynaya əlavə dəstək verməyə hazır olduqlarını bildiriblər.

Dövlət başçıları “Prezident Makronun Çinə son səfəri və Hind-Sakit okean regionunda firavanlıq, təhlükəsizlik, ortaq dəyərlər və qaydalara əsaslanan beynəlxalq nizamın dəstəklənməsi istiqamətində davam edən səylər” barədə danışıblar.

Onlar həmçinin Tayvan boğazında “sülh və sabitliyin qorunmasının vacibliyini” qeyd ediblər.

Bundan əvvəl Makron Çinə dövlət səfəri edib.

Onunla birlikdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də Çinə gəlib.