ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsinə namizədlərin siyahısı iki nəfərə endirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The New York Times” Ağ Evdəki mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, komitənin hazırkı rəhbəri Mark Millinin səlahiyyət müddəti bu ilin payızında başa çatır.

ABŞ Prezidenti Cozef Bayden Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi kiçik Çarlz K. Braun və dəniz piyadası Devid Berqer arasında seçim etməli olacaq.

Braun orduda hazırkı vəzifəyə çatan ilk afroamerikalıdır. Qəzetin mənbələrinin məlumatına görə, o, Baş Qərargah rəisi postuna əsas namizəddir. O, uzun müddət Sakit okeanda xidmət edib ki, bu da Çinlə gərginləşən qarşıdurma baxımından vacibdir.

İraq və Əfqanıstanda əməliyyatlar aparan dörd ulduzlu general Devid Berqer, orduda uğursuz islahatları ilə məşhurdur.